"Bakı-Sumqayıt avtobusları əvvəlki qaydada işləyəcək"- Nuridə Allahyarova 

15:29 24.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hələ ki, bu gün ərzində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət yoxdur. Onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək.

Bunu hafta.az Dövlət Avtomobil Nəqliyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O, qeyd edib ki, sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək:

"Növbəti günlər üçün məhdudiyyətin olub-olmayacağı barədə məlumat sizə təqdim olunacaq".